Qlobal elektromobil satışında yeni rekord qeyd edilib | Banco.az

Qlobal elektromobil satışında yeni rekord qeyd edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay dünyada satılan elektrik avtomobillərinin sayı 1,7 milyon ədədlə rekord qırıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyada yerləşən “Rho Motion” tədqiqat şirkətinin dərc etdiyi məlumatlara görə, sentyabr ayında dünyada 1,7 milyon elektrik avtomobili satılıb.

Bu rəqəm daha əvvəl rekord satışların müşahidə olunduğu 2023-cü ilin dekabrında 150 min olan satış həcmini keçib. 

Bu satışların 1,1 milyonu Çində reallaşarkən, ötən ay Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada 300 mindən çox elektrik avtomobili satılıb.

Yanvar-sentyabr dövründə isə dünyada ümumi elektrik avtomobil satışları 22 faiz artaraq 11,5 milyona çatıb. Bu dövrdə ümumi satışların 7,2 milyonu Çində, 2,2 milyonu Aİ və Böyük Britaniyada, 1,3 milyonu isə ABŞ və Kanadada reallaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Satışların qalan hissəsi dünyanın digər yerlərində həyata keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et