ABB-nin aktivləri 2 milyard manatdan çox artıb | Banco.az

ABB-nin aktivləri 2 milyard manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 235 milyon 84 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivləri 13 milyard 436 milyon 626 min manata bərabər olub. Bankın aktivləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyard manat və ya 17,5% artıb. 

Bankın kredit porfeli isə 6 milyard 87 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 1 milyard 39 milyon 62 min manat və ya 20,6% çoxdur.

30 sentyabr tarixinə ABB-nin depozit porfeli 9 milyard 665 milyon manat təşkil edib. Bunun da 2 milyard 385 milyon manatı fiziki şəxslərin depozitləri, 7 milyard 279 milyon manatı isə hüquqi şəxslərin depozitləri olub.

Qeyd edək ki, Bankın depozit portfelində ötən ilin sonu ilə müqayisədə 269 milyon 56 min manat və ya 2,9% artım qeydə alınıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et