Müəllif:Ayşən İmanova/Banco.az
Bu il dünya ölkələrinin ümumi dövlət borcunun 100 trilyon dolları keçəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.
Hesabata əsasən, qeyd olunan göstərici qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.
Fondun mütəxəssisləri qeyd ediblər ki, dünya ölkələrinin dövlət borcunun artması onilliyin sonuna qədər davam edəcək və 2030-cu ilə qədər qlobal ÜDM-in 100%-nə çatacağı gözlənilir.
Bildirilir ki, ölkələrin təxminən üçdə ikisində borcun sabitləşməsi və ya azalması proqnozlaşdırılsa da, dövlət borcu pandemiyadan əvvəl gözləniləndən xeyli yüksək olaraq qalacaq.
Hesabatda qeyd olunur ki, borclarının sabitləşməsi proqnozlaşdırılmayan ölkələr dünya borcunun yarısından çoxunu və qlobal ÜDM-in təxminən üçdə ikisini təşkil edir.