“Telegram” bu ölkədə ofis açacaq | Banco.az

“Telegram” bu ölkədə ofis açacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstanda “Telegram” messencerinin nümayəndəliyi açılacaq.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev ABŞ Ticarət Palatasının və Amerikanın iri biznes qurumlarının nümayəndələri ilə görüşdə bildirib.

“Qanunvericiliyimizə uyğun olaraq, "Telegram", "WhatsApp" və "TikTok" kimi internet platformalarının Qazaxıstanda nümayəndəsinin olması tələb olunur. Artıq “Telegram” ilə onların nümayəndəsinin təyin edilməsi və ofisin açılması ilə bağlı razılıq əldə olunub - bu, məzmuna nəzarətin artırılması üçün mühüm addımdır”, - Madiyev bildirib.

Görüşdə nazir "Meta" və "Apple" nümayəndələri ilə məlumatların təhlükəsizliyi və saxta hesablarla mübarizə məsələlərini müzakirə edib. Həmçinin bildirilir ki, Rəqəmsal İnkişaf Nazirliyi fırıldaqçılıq sxemləri ilə mübarizəyə "Meta" ilə birgə başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram