Regionlarda yerləşən filial şəbəkələrinin inkişafına xüsusi əhəmiyyət verən “Amrahbank”ın Lənkəran şəhəri , Həzi Aslanov prospekti 1 ünvanında yerləşən Lənkəran filialı aparılan rekonstruksiya , abadlıq işlərindən sonra fəaliyyətini genişləndirdi.
Müasir tələblərə cavab verən Lənkəran filialı həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köcürmələri, Visa, Mastercard tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətləri təklif edir.
13.09.2013-cü il tarixdə təşkil olunmuş açılış tədbirində iştirak edən Bankın İdarə Heyətinin Sədri v.i.e. c-b E.Həsənov bildirdi ki, “Lənkəran şəhərindəki filialımız “Amrahbank”ın Azərbaycanın regionlarında fəaliyyət göstərn ilk filiallarından biridir. Bu gün Lənkəran filialı texniki, rahatlığı və operativliyi cəhətdən elə standartlara cavab verir ki, nəinki təkcə Lənkəran şəhərinin əhalisinə, eyni zamanda Lerik, Astara, Yardımlı kimi ətraf rayonların da əhalisinə bank xidmətləri göstərəcəkdir”.
Məlumat çün bildiririk ki, “Amrahbank”ın hal-hazırda 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.