Müəllif:Ayşən İmanova/Banco.az
Dünya Bankının Direktorlar Şurası Ukraynaya dəstək üçün nəzərdə tutulmuş yeni fondun yaradılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin məlumatına görə, maliyyə vasitəçiliyi fonduna vəsaitin ABŞ, Kanada və Yaponiyadan daxil olacağı gözlənilir. Bildirilir ki, Rusiya tərəfi fondun yaradılmasının əleyhinə səs verib.
Dünya Bankının mətbuat xidməti hələlik agentliyin sorğusuna münasibət bildirməyib.
Qeyd edək ki, Moskvanın Ukraynada hərbi əməliyyata başlamasından sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.
Bunun təqribən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropadadır.