Müəllif: Tamara Mustafayeva, Banco.az
Qiymət endirimlərinə baxmayaraq, “Ikea”nın satışları azalıb.
Banco.az xəbər verir ki, İsveçin "Ikea" mebel şirkəti daha çox müştəri cəlb etmək və kiçilən ev mebeli bazarındakı payını qorumaq üçün qiymətləri aşağı salsa da, illik satışları 5 faiz azalıb.
Məşhur mebel şirkəti gələn il üçün isə bərpa gözləyir.
Qlobal miqyasda əksər “IKEA” mağazalarının sahibi olan “Ingka Group” avqustun 31-də başa çatan maliyyə ilində 39,6 milyard avro (43,3 milyard dollar) satış göstəricisi açıqlayıb.
Xatırladaq ki, “Ikea” ötən il yüksək inflyasiya və bir çox ölkədə müşahidə olunan zəif istehlakçı inamı səbəbindən məhsul qiymətlərini aşağı salmaq qərarına gəlmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!