Nazir müavini: İlin sonuna hər bir kənd yüksək surətli internetlə təmin ediləcək | Banco.az

Nazir müavini: İlin sonuna hər bir kənd yüksək surətli internetlə təmin ediləcək

Azərbaycanın 98%-i fiber optik internetlə təmin edilib.

Bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O bildirib ki, ölkədə minimum internet surəti isə 100 meqabit olaraq təklif edilir: "Bu ilin sonuna Azərbaycanda irili-xırdalı hər bir kənd yüksək surətli internet xətti ilə təmin ediləcək. Bu isə inkluziv cəmiyyətin formalaşmasına əhəmiyyətli təsir edəcək".

Ən sərfəli kredit üçün müraciət et

APA