Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb | Banco.az

Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avqust ayında Türkiyədə işsizlik nisbəti 8,5 faiz olub.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üzrə işçi qüvvəsi göstəricilərini açıqlayıb.

Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2024-cü ilin avqust ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 89 min nəfər azalaraq 3 milyon 55 min nəfərə düşüb.

İşsizlik səviyyəsi 0,3 bənd azalaraq 8,5 faiz təşkil edib. İşsizlik səviyyəsinin kişilər üçün 7,0 faiz, qadınlar üçün isə 11,4 faiz olduğu qeyd edilib.

2024-cü ilin avqust ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 78 min nəfər artaraq 32 milyon 776 min nəfərə, məşğulluq nisbəti isə 0,1 bənd artaraq 49,7 faizə çatıb. Bu göstərici kişilərdə 67,1 faiz, qadınlarda isə 32,6 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi isə əvvəlki ayla müqayisədə 0,1 bənd artaraq 16,5 faizə çatıb. Bu yaş qrupunda işsizlik nisbəti kişilər üçün 13,8 faiz, qadınlar üçün isə 21,4 faiz olaraq təxmin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram