AK Çinin elektromobillərin satışı üçün minimum qiymət təklifini rədd edib | Banco.az

AK Çinin elektromobillərin satışı üçün minimum qiymət təklifini rədd edib

Müəllif:Ayşən İmanova/Banco.az

Brüssel Pekinin Çin istehsalı olan idxal elektromobillərin satışı üçün 30 min avro minimum qiymət təyin etmək təklifini rədd edib.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası bu cür kompromisi qəbul etməyib, çünki bu, Çinin bu sahədə dövlət subsidiyalarının yol açdığı bazar təhrifləri problemini həll etmir.

Avropa tərəfi danışıqlar davam etdikcə digər qiymət öhdəliklərini, o cümlədən minimum qiymətləri və idxal kvotalarını nəzərdən keçirməyə hazır olduğunu bildirib. Mənbələrə görə, həll yollarından biri ölçü və model diapazonundan asılı olaraq hər bir avtomobil istehsalçısı və hər bir elektrik avtomobil növü üçün fərdi hesablanmış minimum qiymət ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Danışıqların digər təfərrüatları açıqlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et