Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin valyuta ehtiyat aktivlərinin sentyabrda 3 trilyon 316 milyard dollara yüksəldiyi bildirilib.
Banco.az xəbər verir ki, Çin Dövlət Valyuta Klirinq İdarəsindən verilən açıqlamada valyuta ehtiyatlarının sentyabr ayının sonunda əvvəlki aya nisbətən 28,2 milyard dollar artdığı bildirilib.
Açıqlamada valyuta ehtiyatlarının sentyabrda avqust ayı ilə müqayisədə 0,86 faiz artdığı, ehtiyatların ümumi dəyərinin isə 3 trilyon 316 milyard dollara yüksəldiyi qeyd olunub.
Açıqlamada həmçinin ABŞ dolları indeksinin sentyabr ayında azaldığı, qlobal maliyyə aktivlərinin qiymətlərinin isə artdığı vurğulanıb. Valyuta ehtiyatlarının artmasının svop əməliyyatları və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsiri nəticəsində baş verdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Çinin valyuta ehtiyatları 10 aydır ki, 3,2 trilyon dolları ötüb.
Bizi sosial şəbəkələrdən izləyin!!