2024-cü ildə Avropada səyahət etmək üçün ən ucuz şəhərlər - Siyahı | Banco.az

2024-cü ildə Avropada səyahət etmək üçün ən ucuz şəhərlər - Siyahı

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyada qiymətlərin artması və qeyri-sabit valyuta məzənnələri fonunda turistlər üçün səyahət getdikcə bahalaşır. Bununla belə, Avropada hələ də büdcə ilə ziyarət edə biləcəyiniz heyrətamiz yerlər var.

Banco.az xəbər verir ki, turistlərə beynəlxalq qatar biletləri təqdim edən “Eurail” xidməti 2024-cü ildə Avropanın ən ucuz 10 şəhərinin siyahısını tərtib edib.

Reytinqdə bir turistə düşən orta gündəlik xərcin 36,49 avro təşkil etdiyi Bolqarıstanın paytaxtı Sofiya başçılıq edir. Eyni zamanda, şəhər qonaqlara bəzi pulsuz xidmətlər təklif edir - yerli incəsənət qalereyasına pulsuz girişdən məşhur “Banya Başı” bulaqlarından pulsuz isti mineral suya qədər.

Ən sərfəli kredit üçün müraciət et

Siyahıda ikinci yeri səyahətçilərin gündə orta hesabla 38,67 avro xərclədiyi Rumıniyanın paytaxtı Buxarest, üçüncü yeri isə hər birinin gündəlik turist xərcləri 43,48 avro olan iki şəhər - Polşanın Krakov və Macarıstanın paytaxtı Budapeşt bölüşdürüb.

2024-cü ildə Avropanın ən ucuz 10 şəhəri:

1. Sofiya, Bolqarıstan (€36,49).
2. Buxarest, Rumıniya (€38,67).
3. Krakov, Polşa (€43,48).
4. Budapeşt, Macarıstan (€43,48).
5. Sarayevo, Bosniya və Herseqovina (€45,67).
6. Belqrad, Serbiya (€46,62).
7. Zaqreb, Xorvatiya (€ 51,41).
8. Varşava, Polşa (€52,3).
9. Bratislava, Slovakiya (€ 56,51).
10. Çeski Krumlov, Çexiya (€69,99).