Dünyanın ən böyük çip istehsalçısının elektrik enerjisinə tələbatı artıb | Banco.az

Dünyanın ən böyük çip istehsalçısının elektrik enerjisinə tələbatı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük çip istehsalçısı olan “TSMC”nin elektrik enerjisinə tələbatı artıb.

Banco.az xəbər verir ki, “S&P Global” hesabatına görə, dünyanın ən böyük çip istehsalçısı olan “TSMC”nin ümumi enerji istifadəsi ötən 4 ildə illik 10-20 faiz artıb.

Bu il də istehlakın artacağı gözlənilir.

“TSMC”nin elektrik istehlakı 2023-cü ildə 24 milyard kilovat/saatı keçərək “Micron” və “Intel” kimi rəqiblərini geridə qoyub. Bu, əhalisi 1,5 milyondan çox olan şəhərin elektrik enerjisindən istifadəsinə bərabərdir.

Qeyd edilib ki, “TSMC” 7 nanometr və ya daha az qabaqcıl çiplər hazırlamaq və çipləri daha kiçik etmək üçün daha çox enerji sərf etməlidir.

Analitiklər bildiriblər ki, ötən il enerji istehlakının artması güman ki, 3 nanometrlik yarımkeçiricilərin istehsalının artması ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Tayvanda yerləşən şirkət Tayvanın ümumi elektrik enerjisinin 8 faizindən çoxunu istehlak edir və hesabatda tələbin 2030-cu ilə qədər üç dəfə arta biləcəyi bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et