ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4 faizi keçib | Banco.az

ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4 faizi keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi avqust ayından bəri ilk dəfə 4% həddini keçib.

Banco.az xəbər verir ki, ABŞ-da istiqrazlar ötən həftə sürpriz məşğulluq məlumatlarından sonra başlayan enişini davam etdirir.

Belə ki, sentyabr ayında 254 min ilə proqnozları üstələyən kənd təsərrüfatındankənar məşğulluq məlumatları FED-in əsas faiz endirimi gözləntilərinin azalmasına səbəb olub.

ABŞ-ın 10 illik istiqraz faizi 4 baza bəndi artaraq 4 faizə, 2 illik gəlirlilik isə 6 bənd artaraq 3,98 faizə yüksəlib.

Qeyd edək ki, svop bazarlarda noyabr ayında 50 baza bəndindən az azalma gözləntiləri qiymətlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram