Müəllif:Ayşən İmanova/Banco.az
Sinqapurun baş naziri Lourens Vonq dünyanın ən yüksək maaş alan lideridir.
Banco.az xəbər verir ki, “PoliticalSalaries”in hesablamalarına əsasən, onun maaşı ildə təxminən 1,69 milyon dollar təşkil edir.
İkinci yeri illik 569,5 min dollar maaşla İsveçrə prezidenti Viola Amherd, üçüncü yeri isə 412,5 min dollarla Avstraliyanın baş naziri Entoni Albaniz tutub. ABŞ prezidenti Co Bayden illik 400 min dollar maaşla dördüncü yerdə qərarlaşıb.
Avstriya kansleri Karl Nehammer ən çox maaş alan siyasətçilərin beşliyini qapayır - onun illik maaşı 316,7 min dollardır.
Altıncı yerdə illik maaşı 310,5 min dollar olan Yeni Zelandiyanın baş naziri Kristofer Lakson, yeddinci yerdə isə Kanadanın baş naziri Castin Trüdo (301 min dollar) qərarlaşıb.
İlk onluğu 293,3 min dollar maaşla Almaniya kansleri Olaf Şolz, 276,4 min dollar qazanan Yaponiyanın baş naziri Siqeru İsiba və 267,3 min dollar gəlirlə İrlandiyanın baş naziri Simon Harris tamamlayır.
Rusiya Prezidenti Vladimir Putin bu reytinqdə 28-ci yeri tutur. Onun maaşı 113,6 min ABŞ dolları - illik 10,2 milyon rubl təşkil edir.