Zukerberq dünyanın ikinci ən zəngin adamı oldu | Banco.az

Zukerberq dünyanın ikinci ən zəngin adamı oldu

Müəllif:Ayşən İmanova/Banco.az

“Meta”nın rəhbəri Mark Zukerberq “Amazon”un keçmiş baş direktoru və prezidenti Ceff Bezosu geridə qoyaraq dünyanın ikinci ən zəngin olub.

Banco.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

Bloomberg Milyarderlər İndeksinə görə, cümə axşamı Zukerberqin xalis sərvəti 206,2 milyard dollara, Bezosunki isə 205,1 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Zukerberqin sərvəti dünyanın ən zəngin adamı olan İlon Maskın sərvətindən təxminən 50 milyard dollar geri qalır.

Qeyd edək ki, Zukerberq “Meta”da 13% paya sahibdir. İlin əvvəlindən onun sərvəti 78 milyard dollar artıb ki, bu da Bloomberg İndeksinin izlədiyi dünyanın ən varlı 500 adamından daha çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et