ABŞ-da işsizliklə bağlı müraciətlər proqnozları üstələyib | Banco.az

ABŞ-da işsizliklə bağlı müraciətlər proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı sentyabrın 28-də başa çatan həftədə 225 minə yüksəlib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı işsizlik müavinəti müraciətlərinə dair həftəlik məlumatlara görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 28 sentyabrda sona çatan həftədə əvvəlki həftəyə görə 6 min artaraq 225 minə çatıb.

Bu dövrdə işsizlik müavinəti müraciətlərinin sayı ilə əlaqədar bazar proqnozu 221 min idi.

Ötən həftədən etibarən 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı orta hesabla 750 nəfər azalaraq 224 min 250 nəfərə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 21 sentyabrla başa çatan həftədə 1000 nəfər azalaraq 1 milyon 826 minə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et