Müəllif:Ayşən İmnaova/Banco.az
Microsoft” İtaliyada bulud və süni intellekt inkişafı üçün infrastrukturun genişləndirilməsinə növbəti iki il ərzində 4,3 milyard avro xərcləyəcək.
Banco.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Bildirilir ki, bu, “Microsoft”un İtaliyaya ən böyük sərmayəsi olacaq.
Şirkətdən verilən məlumata görə, vəsait bulud hesablamaları və süni intellekt üçün məlumat mərkəzlərini dəstəkləyən infrastrukturun inkişafına istifadə olunacaq.
Şirkət həmçinin gələn ilin sonuna kimi 1 milyondan çox rəqəmsal texnologiya mütəxəssisi hazırlamağı planlaşdırır.
Qeyd olunub ki, bu tədbirlər İtaliyaya süni intellektin potensialından maksimum istifadə etməyə kömək edəcək və ölkə hökuməti üçün prioritet olan uzunmüddətli iqtisadi inkişafa töhfə verəcək.