İsveçrədə inflyasiya 3 ilin ən aşağı həddinə düşüb | Banco.az

İsveçrədə inflyasiya 3 ilin ən aşağı həddinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrədə inflyasiya illik 0,87 faizlə ötən 3 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, İsveçrə Statistika İdarəsinin məlumatlarına görə, istehlak inflyasiyası sentyabr ayında illik müqayisədə 0,8 faizə enərək 3 ilin ən aşağı səviyyəsinə düşüb. Baza inflyasiyası isə 1 faiz təşkil edib.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar illik inflyasiyanı 1 faiz proqnozlaşdırmışdılar.

Avqustda illik inflyasiya 1,1 faiz idi.

Sentyabrda istehlak qiymətləri aylıq 0,3 faiz azalıb. 

Qeyd edək ki, İsveçrə hazırda Avropada ən aşağı inflyasiyadan birinə sahibdir. Bununla yanaşı, Avrozonadan alınan məlumatlar 2021-ci ildən bəri ilk dəfə inflyasiyanın 2 faizdən aşağı düşdüyünü göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et