Fitch ABB-nin reytinqlərini daha da yüksəltdi! | Banco.az

Fitch ABB-nin reytinqlərini daha da yüksəltdi!

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB- səviyyəsindən BB səviyyəsinə qədər yüksəldib. ABB-nin Dayanıqlılıq reytinqi də bb- səviyyəsindən bb səviyyəsinə qalxıb. Reytinq proqnozu isə Pozitiv olaraq müəyyənləşib.  

Reytinqlərin yüksəldilməsi ABB-nin 2024-cü ilin 6 ayı üzrə konsolidə edilmiş maliyyə hesabatındakı yüksək göstəricilərinə, güclü kapital mövqeyinə əsaslanır. Agentliyin proqnozuna görə, ortamüddətli perspektivdə ABB-nin aktivlərinin keyfiyyəti və gəlirliliyi davamlı olaraq möhkəmlənəcək.

ABB-nin Dayanıqlılıq reytinqinin yüksəlməsi Bankın dayanıqlı maliyyə durumunu əks etdirir. Güclü balans strukturu Bankın aktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksək gəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini və likvidliyini təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik ekspertlərinin proqnozlarına əsasən, Bankın əməliyyat gəlirliliyi ortamüddətli perspektivdə də güclü səviyyədə qalacaq. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.