Liviyada mərkəzi bank böhranı həll olunub | Banco.az

Liviyada mərkəzi bank böhranı həll olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Liviya mərkəzi bank böhranı həll edildikdən sonra neft hasilatını bərpa etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Liviya yeni mərkəzi bank rəhbərinin təyin edilməsi ilə bağlı razılığın əldə olunmasından sonra avqust ayında dayandırılan neft hasilatını yenidən başlamağa hazırlaşır.

“Jalu 59” neft yatağının mühəndisi “Reuters” agentliyinə bildirib ki, "Biz aylarla dayandırılmış iş prosesindən sonra hasilatı normal səviyyədə bərpa etmək üçün təlimat gözləyirik".

“Elfeel” neft yatağının mühəndisi isə bildirib ki, hasilatı bir ay dayandırmağı nəzərdən keçirməklə təmir işləri aparırlar.

Xatırladaq ki, Liviyanın şərqindəki hökumət avqust ayında Liviya Mərkəzi Bankının rəhbəri Sadiq Kəbirin qərbdəki Tripolidə yerləşən Prezident Şurası tərəfindən vəzifədən azad edilməsinə etiraz olaraq neft obyektlərinin bağlanacağını elan etmişdi. Yeni mərkəzi bankın rəhbəri Naci Məhəmməd İssa Belqasem və onun müavini Mari Muftah Rahil Barrasinin təyinatı Benqazidəki Nümayəndələr Palatası və Tripolidəki Ali Dövlət Şurası tərəfindən təsdiqlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram