Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-avqust aylarında 39 milyon 314 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 766 min manat və ya 20,8% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 1 milyon 426 min manat və ya 11,8% artaraq 13 milyon 559 min manata çatıb. Ötən ilin yanvar-avqust aylarında bu növ üzrə yığımların məbləği 32 milyon 548 min manat, ödənişlərin məbləği isə 12 milyon 133 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!