İş axtaranlar üçün ən məşhur 10 platforma - SİYAHI | Banco.az

İş axtaranlar üçün ən məşhur 10 platforma - SİYAHI

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

 Hazırda qloballaşan dünyada iş axtarmaq üçün kifayət qədər populyar platformalar var.

Peşəkar karyera üçün istifadə oluna bilən platformalar, iş tapmaq, şəbəkələşmək, karyera inkişafı və təlimlərə qatılmaq üçün geniş imkanlar təqdim edir.

Banco.az bu məqsədlər üçün ən çox istifadə olunan platformaların siyahısını təqdim edir:

1. LinkedIn

LinkedIn dünyanın ən böyük peşəkar şəbəkə platformasıdır. Bu platformada:

  • Peşəkar şəbəkənizi qurmaq
  • CV yaratmaq və karyera haqqında məlumatlar paylaşmaq
  • Vakansiyalar axtarmaq və müraciət etmək
  • Şirkətlər və sektorlarda yeni trendlər haqqında məlumat almaq mümkündür.

2. Indeed

İş axtarışı platformalarından olan İndeed  geniş vakansiya bazasına malikdir. Burada:

  • Müxtəlif sahələr üzrə iş elanları tapmaq
  • CV yerləşdirmək və işəgötürənlərlə birbaşa əlaqə qurmaq
  • İş tapmaq üçün müxtəlif mənbələrə çıxış əldə etmək mümkündür.


3. Glassdoor

Glassdoor iş axtarışı platforması olmaqla yanaşı, şirkətlər haqqında işçilərin rəylərini oxumağa imkan verir. Burada:

  • Şirkətlər haqqında təcrübələri oxumaq
  • Maaş məlumatlarını öyrənmək
  • İş elanlarına müraciət etmək mümkündür.


4. Upwork

Upwork freelancerlar üçün nəzərdə tutulmuş bir platformadır. Burada:

  • Müxtəlif layihələr və qısa müddətli iş tapmaq
  • Freelance olaraq qlobal müştərilərə xidmət göstərmək
  • Öz portfolionuzu yaratmaq imkanı var.

5. Fiverr

Fiverr qısa müddətli freelance işlər üçün ən yaxşı platformalardan biridir. Burada:

Ən sərfəli kredit üçün müraciət et

  • Müxtəlif kateqoriyalar üzrə xidmətlərinizi satmaq
  • Kiçik və orta həcmli layihələr götürmək
  • Müştəri bazanızı genişləndirmək mümkündür.

6. Coursera

Coursera karyera inkişafı üçün tədris platformasıdır. Bu platformada:

  • Dünyanın ən yaxşı universitetlərindən və şirkətlərindən kurslar almaq
  • Yeni bacarıqlar öyrənmək və peşəkar sertifikatlar əldə etmək mümkündür.

7. edX

edX də Coursera kimi tədris platformasıdır və peşəkar inkişaf üçün kurslar təklif edir. Burada:

  • Müxtəlif sahələr üzrə təhsil proqramları və kurslar tapmaq
  • Sertifikatlar əldə edərək CV-ni zənginləşdirmək mümkündür.

8. AngelList

AngelList startaplar üçün nəzərdə tutulmuş platformadır. Burada:

  • Startaplarda iş tapmaq
  • Startaplara investisiya etmək və onlara qoşulmaq
  • Texnologiya və innovasiya sahəsində peşəkar karyera qurmaq mümkündür.

9. XING

XING Avropa və xüsusilə Almaniya bazarına fokuslanmış peşəkar şəbəkələşmə platformasıdır. Platformada geniş imkanlar əlçatandır.

  • Yeni iş imkanları axtarmaq
  • Peşəkar şəbəkələr qurmaq
  • İxtisaslaşmış tədbirlər və təlimlər haqqında məlumat əldə etmək mümkündür.

10. Freelancer

Freelancer platforması qlobal freelance işlər üçün nəzərdə tutulub.

  • Müxtəlif kateqoriyalarda freelance işlər tapmaq
  • İş təkliflərinə tender vasitəsilə müraciət etmək
  • Qlobal müştərilərlə əməkdaşlıq etmək mümkündür.

Qeyd edək ki, iş axtaranlara seçimdən asılı olaraq, hansı sahədə karyera qurmaq istədiyini müəyyənləşdirib yalnız bundan sonra uyğun platformalarda aktiv olmaq tövsiyə olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et