Özəl provayderlər dövlət qurumlarının kabel təsərrüfatından istifadə edir | Banco.az

Özəl provayderlər dövlət qurumlarının kabel təsərrüfatından istifadə edir

Bu gün Azərbaycanda pilot layihə çərçivəsində elektrik dirəklərindən kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb və bununla bağlı müqavilələr də var.

Bunu jurnalistlərə açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov deyib.

    “Məsələn, Bakıda Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin 320 kilometr kabel təsərrüfatı var. Bu, zamanında nəqliyyatın intellektual idarə olunması məqsədilə tikilib istifadəyə verilib. Bu gün artıq bir sıra böyük provayder şirkətlər həmin təsərrüfatdan istifadə etməklə öz kabellərini Bakının hər bir nöqtəsinə çatdırır. Onlar həm “Baktelekom”un müvafiq infrastrukturundan, həm də bu infrastrukturdan istifadə edirlər”,- deyə N.Mərdanov bildirib.

    Ən sərfəli kredit üçün müraciət et

    N.Mərdanov əlavə edib ki, “Bakı metropoliteni” QSC-nin tunellərindən bu gün bütün özəl provayderlər istifadə edir:

    “Metropoliten özü buna kommersiya maraqları baxımından yanaşır. Metronun tunellərindən kabel çəkdirmək istəyənlər müqavilə bağlayıb ödəniş edirlər və bu metro üçün əlavə gəlir mənbəyidir. Yaxud bir sıra provayderlər “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq infrastrukturundan istifadə etməklə ölkənin müxtəlif bölgələrinə kabel xətləri çəkirlər”.

    apa

    Ən sərfəli krediti almaq üçün müraciət et