Ingiltərədə mənzil qiymətləri sürətlə artıb | Banco.az

Ingiltərədə mənzil qiymətləri sürətlə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə ev qiymətlərində 2 ilin ən sürətli artımı sentyabr ayında müşahidə olunub.

Banco.az xəbər verir ki, mənzil maliyyələşdirmə şirkəti “Nationwide” məlumatlarına görə, ev qiymətləri sentyabr ayında illik 3,2% artıb.

Bu nisbət 2022-ci ilin noyabrından bəri ölkədə orta mənzil qiymətlərindəki ən sürətli artım kimi qeydə alınıb.

Sentyabrda evlərin orta qiymətləri aylıq müqayisədə isə 0,7 faiz artıb. Beləliklə, ölkədə orta ev qiyməti 265 min 375 funt sterlinqə yüksəlib.

Xatırladaq ki, avqustda mənzil qiymətləri 0,2 faiz ucuzlaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et