Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 33%-dək azalıb | Banco.az

Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 33%-dək azalıb

Müəllif:Mehin Qasımova/Banco.az

Bu ilin 8 ayında Azərbaycanın Türkiyəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 191 milyon 917 min və ya 32,7 % azalıb. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində  Türkiyəyə qeyri-neft ixracının dəyəri 394 milyon 638 min dollar təşkil edib. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri  586 milyon 555 min dollar olub.

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (752,1 milyon dollar). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram


 

Ən sərfəli krediti almaq üçün müraciət et