Fransada inflyasiya üç ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Fransada inflyasiya üç ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada illik inflyasiya 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşüb.

Banco.az xəbər verir ki, Fransada son inflyasiya məlumatları Avropa Mərkəzi Bankının (ECB) hədəf səviyyələrindən aşağı olduğunu göstərir.

Ölkənin Aİ-yə uyğun aparıcı illik inflyasiya göstəricisi sentyabr ayı üzrə 1,5 faiz olaraq açıqlanıb.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozları illik inflyasiyanın 1,9 faiz olacağı istiqamətində idi.

Açıqlanan məlumatlar ölkədə inflyasiyanın 2021-ci ildən sonra ilk dəfə olaraq 2 faizdən aşağı düşdüyünü ortaya çıxarıb. 

Bu dövrdə xidmət sektorunda da inflyasiya 3 faizdən 2,5 faizə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Fransa Mərkəzi Bankı Fransada inflyasiyanın Avrozona ilə müqayisədə daha tez yavaşlayacağını və bu il 2,5 faiz hesablandıqdan sonra 2025-ci ildə orta hesabla 1,5 faizə çatacağını proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et