Finlandiya Aİ-dən 50 milyon avro istəyib | Banco.az

Finlandiya Aİ-dən 50 milyon avro istəyib

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiyanın Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə nəzarəti gücləndirmək üçün 50 milyon avro ayrılmasını istəyir.

Banco.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin dərc olunan qərarlarında deyilir.

Bildirilir ki, xüsusilə, hərəkət sensorları, geopozisiya alətləri, yeni tip pilotsuz uçuş aparatları (PUA) və digər avadanlıqların alınması planlaşdırılır. Həmçinin 24 avtomobil, 18 kvadrosikl və 34 qar avtomobili alınacaq.

"Bu tədbirlər kəşfiyyat imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirəcək və şərq sərhədində vəziyyətlə bağlı məlumatlılığı artıracaq ki, bu da həm milli, həm də ümumavropa təhlükəsizlik sistemlərini gücləndirəcək", - Daxili İşlər Nazirliyinin müraciətində deyilir.

Qeyd edək ki, Finlandiya Aİ-də Rusiya ilə ən uzun sərhədə malik ölkədir - 1340 km.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et