AYİB Türkiyənin artım proqnozunu dəyişməyib | Banco.az

AYİB Türkiyənin artım proqnozunu dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin 2024-cü il artım proqnozunu sabit saxlayıb.

Banco.az xəbər verir ki, AYİB “Regional İqtisadi Perspektivlər” hesabatında Türkiyənin 2024-cü il üzrə artım proqnozunu 2,7 faiz səviyyəsində sabit saxlayıb.

Hesabatda qeyd edilib ki, iqtisadi artımın 2025-ci ildə isə böyümənin hərəkət verici qüvvələrinin yenidən balanslaşdırılması və investorların inamının artması ilə 3 faizə yüksəlməsi gözlənilir.

Bankın hesabatında AYİB regionlarında artımın 2024-cü ildə 2,8 faiz, 2025-ci ildə isə 3,5 faizə yüksəlməsi gözlənilən azalan istiqamətli yenilənmiş proqnoza da yer verilib.

Hesabatda həmçinin Türkiyədəki son siyasət dəyişiklikləri və ölkənin 2024-cü ilin iyun ayında Maliyyə Fəaliyyəti İşçi Qrupunun (FATF) boz siyahısından çıxarılması investorların inamını artırmağa kömək edən amillər kimi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram