Müəllif:Ayşən İmanova/Banco.az
Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək saxladığı 2,5 il ərzində ABŞ bankları təxminən 1,1 trilyon dollar gəlir əldə edib.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) məlumat bazasına əsaslanan hesablamalara istinadən bildirir.
Nəşrin məlumatına görə, bu dövrdə banklar bir çox əmanətçi üçün depozit faizlərini kifayət qədər aşağı saxlayarkən, Federal Ehtiyatda yerləşdirilən vəsaitlərdən daha yüksək gəlir əldə ediblər.
İkinci rübün sonunda orta hesabla bank öz əmanətçilərinə illik cəmi 2,2% dərəcəsi ilə faiz ödəyib. Bu, iki il əvvəl ödənilən 0,2%-dən yüksəkdir, lakin FED-in bankların özlərinin ala biləcəyi 5,5%-lik bir gecəlik faiz dərəcəsindən xeyli aşağıdır.
“JPMorgan Chase & Co” və “Bank of America”da orta depozit ödənişləri müvafiq olaraq 1,5% və 1,7% olub.
FT-nin məlumatına görə, nəticələr bir sıra ölkələrin səlahiyyətli orqanlarının yüksək faiz dərəcələrindən faydalanan banklara gözlənilməz vergilər tətbiq etdiyi Avropa ilə tamamilə ziddiyyət təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!