Pensiya və maaşdan başqa hansı ödənişlər artırıla bilər? | Banco.az

Pensiya və maaşdan başqa hansı ödənişlər artırıla bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq.

Bu barədə açıqlama verən millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi gözlənilir:

“Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünü hesablanacağı gözlənilir.  Gələn ilin büdcə sənədinə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov qeyd edib ki, ilkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir:

“Sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir.

Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir”.

Ən sərfəli krediti almaq üçün müraciət et