Çin Xalq Bankı əhatəli təşviq paketi açıqlayıb | Banco.az

Çin Xalq Bankı əhatəli təşviq paketi açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı ölkənin artım hədəfinə çatmasına kömək etmək üçün ilin ən əhatəli təşviq paketini açıqlayıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) bu il ölkənin 5 faizlik artım hədəfinə nail olması üçün ən əhatəli təşviq paketini elan edib.

PBOC prezidenti Pan Qonşenq yeddi günlük əks repo dərəcəsinin 1,7 faizdən 1,5 faizə endirildiyini və məcburi ehtiyatların 0,5 faiz bəndi azaldılaraq 1 trilyon yuan (142 milyard dollar) likvidliyin təmin edəcəyini bəyan edib.

Beləliklə, mərkəzi bank məcburi ehtiyatları ən azı 2020-ci ildən bəri ən aşağı səviyyəyə endirib.

Bundan əlavə, ortamüddətli kredit faiz dərəcəsinin 0,3 faiz bəndi azaldılması gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Çin bu il məcburi ehtiyat dərəcəsini daha 0,25-0,5 faiz bəndi azalda bilər. Ancaq məcburi ehtiyat normasının azaldılması kiçik banklara şamil edilməyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram