"Avrasiya Nəqliyyat Marşrutu”nun üstünlükləri nədir? | Banco.az

"Avrasiya Nəqliyyat Marşrutu”nun üstünlükləri nədir?

Müəlif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanın logistik mərkəzə çevrilməsi ölkənin iqtisadi və geosiyasi baxımdan regionda oynadığı rolu daha da gücləndirir.

Bu yaxınlarda Azərbaycan,Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya iştirakı ilə Bakıda "Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair, ADY-nin təşəbbüsü və dəvəti ilə dəmiryol administrasiyaları rəhbərlərinin toplantısı keçirilib.

Toplantının üstünlükləri barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki,bu bölgədə logistik imkanların genişləndirilməsi baxımdan çox yaxşı xəbərdir:

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün əla şərait var, bu fürsəti qaçırmaq olmaz. Bu toplantıda Çin və Avstriyanın iştirakı çox önəmlidir. Çin dünyanın istehsal və ixrac mərkəzi, Avstriya isə Avropanın dəmir yolları "hub"-dur”.

ADY-nin son illər Azərbaycanı yeni nəqliyyat dəhlizinə, mərkəzinə çevirmək cəhdlərini xatırladan Natiq Cəfərli qeyd edib ki, burada yaxşı yollar, infrastruktur, tarif müqavilələri önəmlidir:

“ Bu məsələdə hökumətin digər qurumlarla  yaxşı logistik əlaqələr  qura bilməsi də çox önəmlidir. Yaxşı olardı,  iş adamlarına yanaşmalar dəyişilsin. Bu halda daha çox qazanc əldə etmək mümkün ola bilər”.

 

Ən sərfəli krediti almaq üçün müraciət et