Bu il Azərbaycanın Ukraynaya qeyri-neft ixracından qazancı 57%-dək artıb | Banco.az

Bu il Azərbaycanın Ukraynaya qeyri-neft ixracından qazancı 57%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 8 ayında Azərbaycanın Ukraynaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 25 milyon 930 min dollar və ya 56.6% artıb. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində Ukraynaya qeyri-neft ixracının dəyəri 71 milyon 738 min dollar təşkil edib. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 45 milyon 808 min dollar olub. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (752 milyon dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram