UNİBANKDAN NEFTÇİLƏRƏ HƏDİYYƏ
Unibank peşə bayramı münasibəti ilə Neftçilər üçün güzəştli kredit kampaniyasına başladı. Bu gündən etibarən, bankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3 % endirimlə veriləcək, üstəlik bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 AZN olan MC Gold kartı hədiyyə olunacaq. Beynəlxalq kart olan MC Gold kartından dünyanın bir çox ölkələrində istifadə etmək mümkündür. Neft sahəsində çalışanlar maksimum 7500 AZN-dək krediti 48 ay müddətinədək götürə bilərlər. Kampaniya sentyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. Unibankdan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.
Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.