Müəllif:Ayşən İmaova/Banco.az
Rumıniya Avrozonada inflyasiyanın ən sürətlə artan ölkəsi olub.
Banco.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.
Bildirilib ki, avqustun sonunda Rumıniyada istehlak qiymətlərinin artımı 2,2% regional orta göstəriciyə qarşı 5,3% təşkil edib.
Həmçinin, yüksək illik inflyasiya göstəriciləri Belçika (4,3%) və Polşada (4%) qeydə alınıb. Ən aşağı dəyərləri Litva və Latviya göstərib - müvafiq olaraq 0,8% və 0,9%. İrlandiya, Sloveniya və Finlandiyada isə inflyasiya cəmi 1,1% təşkil edib.
Avropa İttifaqında illik inflyasiya iyul ayındaki 2,8%-dən avqustda 2,4%-ə enib. Bir il əvvəl bu göstərici 5,9% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!