Çexiya Azərbaycandan ən çox neft idxal edən 3 ölkədən biri olaraq qalır | Banco.az

Çexiya Azərbaycandan ən çox neft idxal edən 3 ölkədən biri olaraq qalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya bu ilin yanvar-avqust aylarında Azərbaycandan 738 milyon 773 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 208 milyon 592 min dollar və ya 39.3% çoxdur. 

Hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 27.1% artaraq 1.2 milyon ton olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə Çexiyanın Azərbaycandan neft idxalının dəyəri 530.2 milyon dollar, həcmi isə 916.8 min ton olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et