Maliyyə departamenti , Əsas vəsaitlərin idarə olunması və satınalma şöbəsinin baş mütəxəssisi / aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Maliyyə departamenti , Əsas vəsaitlərin idarə olunması və satınalma şöbəsinin baş mütəxəssisi / aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC, Maliyyə departamenti , Əsas vəsaitlərin idarə olunması və satınalma şöbəsinin baş mütəxəssisi / aparıcı mütəxəssisi / mütəxəssisi / kiçik mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Əsas vəsaitlərin idarə olunması və satınalma şöbəsinin baş mütəxəssisi / aparıcı       mütəxəssisi / mütəxəssisi / kiçik mütəxəssisi

   İş barədə məlumat:

  • Əsas vəsaitlərin yerdəyişməsinə dair təhvil təslim aktlarının tərtib olunması;
  • Satınalma siyasətinə uyğun olaraq bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi;
  • Front office proqramında əsas vəsaitlərin faktiki yeri, təhkim olunduğu stuktur bölmənin uçotu modulu;
  • Əsas vəsaitlərin köhnəlməsi (amortizasiya) ;
  • Əsas vəsaitlərin inventarizasiyası;
  • Təminat Proqramı vasitəsilə satınalmaların edilməsi;
  • Satınalamalara dair sənədlər toplusunun hazırlanmasını və saxlanılmasını təmin etmək;
  • Bank tələblərinə uyğunluğun təmin edilməsi üçün təchizatçı və müqavilələrin icrasına nəzarətinin həyata keçirilməsi;

Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Bank sahəsində maliyyə istiqaməti üzrə ən azı bir 1-5 il iş təcrübəsi;
  • Azərbaycan, Rus dillərini bilmək;
  • Kompüter və kompüter proqramları üzrə iş bacarığı;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
  • Stresə davamlılıq və məsuliyyətlilik;

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) cv@btb.az  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Maliyyə departamenti , Əsas vəsaitlərin idarə olunması və satınalma şöbəsinin baş mütəxəssisi / aparıcı mütəxəssisi / mütəxəssisi / kiçik mütəxəssisi) göstərməyiniz xahiş olunur.