Müəllif:Ayşən İmanova/Banco.az
Tailand hökuməti iqtisadi artımı stimullaşdırmaq üçün əhaliyə ümumilikdə 145,6 milyard baht (4,4 milyard dollar) məbləğində nağd ödənişləri təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə “Straits Times” məlumat yayıb.
Məlumata görə, ödənişlər ölkə üzrə 14,6 milyon insana, o cümlədən 12,4 milyon dövlət sosial sığorta kartı sahibinə və 2,15 milyon əlilliyi olan şəxsə veriləcək.
Sentyabrın 17-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə maliyyə naziri bildirib ki, hökumət sentyabrın 25-də hər bir vətəndaşa 10 min baht köçürməyə başlayacaq.
Ödəniş prosesinin sentyabrın sonunadək başa çatdırılması gözlənilir.
Qeyd olunub ki, ölkə iqtisadiyyatı son on ildə ildə təxminən 2% artıb ki, bu da qonşu İndoneziyanın artım tempindən xeyli azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!