Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Azərbaycan üçün yalnız neftin ucuzlaşması deyil, həmçinin neft hasilatının azalması da narahatlıq yarada bilər. Amma bu, devalvasiyanın baş verməsi də demək deyil”.
Bunu Banco.az-a iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Ekspert bildirdib ki, hazırki valyuta ehtiyatları qısa müddətli də olsa, manatın məzənnəsini saxlamağa kifayət edir:
“Azərbaycanın valyuta ehtiyatları təxminən 60 milyard dollardır. Mərkəzi Bank qısamüddətli də olsa, valyuta ehtiyatları hesabına manatın məzənnəsini saxlaya bilər. Yəni neftin qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyuta ehtiyatının azalması deməkdir. Əgər neftin qiyməti uzun müddət aşağı olarsa, Mərkəzi Bank artıq bu məzənnəni saxlaya bilməz. Bu səbəbdən, neftin qiymətinin uzunmüddətli ucuzlaşması ciddi problemdir.Hazırda isə bu məsələ ilə bağlı narahatlığa ciddi əsas yoxdur”.
Bizi sosial şəbəkələrdən izləyin!!