Ukraynanın dövlət borcu gələn il 38,6 milyard dolları keçəcək | Banco.az

Ukraynanın dövlət borcu gələn il 38,6 milyard dolları keçəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Ukraynanın bu yaxınlarda təsdiq edilmiş 2025-ci il büdcəsi layihəsində ölkənin ÜDM-nin 19,4%-i həcmində kəsir nəzərdə tutulur.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı sənədin mətninə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 2025-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-in 19,4%-i, o cümlədən ümumi fondun - ÜDM-in 18,3%-i və xüsusi fondun - ÜDM-in 1,1%-i olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda 2025-ci ildə ölkənin dövlət borcları 1,6 trilyon qrivnanı (38,6 milyard dollardan çox) keçəcək. 

Bundan əlavə, Kiyev hakimiyyəti gələn il dövlət büdcəsinin ümumi fondunu 1,5 trilyon qrivna (36,5 milyard dollar) məbləğində borc mənbələrindən maliyyələşdirmək istəyir.

Qeyd edək ki, 2025-ci ildə dövlət borcuna xidmət üçün 480,8 milyard qrivna (11,6 milyard dollar) ayrılıb.