Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 30 milyard 995 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 510 milyon dollar və ya 12,7% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 25,1% azalaraq 18 milyard 231 milyon ABŞ dollarına enib. İdxalı isə 14,5% artaraq 12 milyard 763 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 5 milyard 467 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 58,6% az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!