Azərbaycanda tikinti materiallarının istehsalı artıb | Banco.az

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 908,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,0 faiz artıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 73,3 faiz, asfalt istehsalı 37,9 faiz, beton istehsalı 32,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 27,8 faiz, tikinti gipsinin istehsalı 13,8 faiz, sement istehsalı isə 12,8 faiz artıb.