Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-avqust aylarında 12,4 mln. ton yük, 5 175 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il yük daşınmasında 1,9%, sərnişin daşınmasında isə 20,8% artım müşahidə olunub.
“Orta hesabla sutkada 278 vaqon yüklənmiş, 430 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,9 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.