“Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib | Banco.az

“Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün mərkəzi bankçılıq və maliyyə sahəsi üzrə məlumatlılığın artırılması məqsədilə təlimlərin təşkili davam etdirilir.

Banco.az xəbər verir ki, bu istiqamətdə keçirilən növbəti təlim “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” mövzusuna həsr olunub.

Təlim çərçivəsində maliyyə sabitliyi və onun təmin olunması üzrə fəaliyyətin mərhələləri, eləcə də maliyyə sabitliyinə təhdid yaradacaq sistem risklərinin təhlilinə dair məlumatlar paylaşılıb. Maliyyə sabitliyinə təsir edən amillərdən bəhs olunarkən daxili və xarici faktorlar üzrə nümunələr nəzərdən keçirilib. Həmçinin təlim iştirakçılarına stres-testləşmənin növləri və strukturu izah olunaraq bəzi ssenarilər üzrə testləşmə nəticələrinə və təsir kanallarına dair misallar təqdim olunub. 

Təlimdə media nümayəndələrini maraqlandıran məqamlar da cavablandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram