Bu ölkədə restoran biznesində rekord sayda iflas qeydə alınıb | Banco.az

Bu ölkədə restoran biznesində rekord sayda iflas qeydə alınıb

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiyada restoran biznesində rekord sayda iflas qeydə alınıb.

Banco.az xəbər verir ki, bu barədə rəqəmsal biznes və istehlakçıların informasiya xidməti provayderi “Asiakastieto” məlumat yayıb.

Belə ki, bu ilin yanvar-avqust ayları ərzində ölkədə 691 restoran bağlanıb ki, bu da bütün 2023-cü illə müqayisədə (382 müəssisə) xeyli çoxdur.

Məlumata görə, bu ilin ilk yeddi ayı ərzində Finlandiya restoran sənayesində ötən illə müqayisədə 80% daha çox müəssisə bağlanıb. Onların əksəriyyəti iflası gözləmədən fəaliyyətini dayandırıb.

Finlandiyalı jurnalistlərin fikrincə, rekord sayda iflasa koronavirus pandemiyası, əhalinin alıcılıq qabiliyyətinin azalması və Rusiya ilə Ukrayna arasında silahlı münaqişə səbəbindən artan xərclərin təsiri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et