VTB (Azərbaycan) ölkədə ilk dəfə keçirilən drift çempionatına dəstək oldu | Banco.az

VTB (Azərbaycan) ölkədə ilk dəfə keçirilən drift çempionatına dəstək oldu

VTB (Azərbaycan) Formula Drift Azerbaijan yarışının rəsmi tərəfdaşı kimi çıxış etdi. İki günlük çempionat Test and Training Mərkəzində keçirildi. Tədbirdə ölkənin 12 təcrübəli pilotu iştirak etdi.

Yarışı tanınmış və sertifikatlı drift hakimləri, o cümlədən İrakli Şalikashvili, Nodari Kodua və Giqa Kalandia iştirak ediblər. Nəticədə Niyaz Bədiyev birinci yeri, Elvin Xudaverdiyev ikinci yeri, Rəhman Şixəliyev isə üçüncü yeri tutdu.

Formula Drift Azerbaijan il ərzində dörd dəfə keçiriləcək və sonda ölkə üzrə drift çempionu müəyyən ediləcək.

"VTB (Azərbaycan) ənənəvi olaraq idman tədbirlərini dəstəkləyir. Bir neçə ildir ki, biz Azərbaycan Basketbol Liqasının rəsmi tərəfdaşıyıq və müxtəlif idman yarışlarını, o cümlədən Red Bull Half Court basketbol oyunlarının, Qobustan trail 2024 və Şahdağ trail 2024 qaçışlarının keçirilməsinə kömək etdik. Azərbaycan drift çempionatı ilə əməkdaşlıq brendimizin təbliği istiqamətində göstərdiyimiz fəaliyyətin məntiqi davamı oldu", - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et