“General Motors” və “Hyundai” birgə avtomobil istehsal etməyi planlaşdırır | Banco.az

“General Motors” və “Hyundai” birgə avtomobil istehsal etməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın avtomobil istehsalçısı “General Motors” və Cənubi Koreyanın “Hyundai Motor” şirkəti avtomobil istehsalı, təchizat zəncirləri və “yaşıl” texnologiya sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq niyyəti haqqında saziş imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətlərin birgə press-relizində deyilir.

Şirkətlərin fikrincə, əməkdaşlıq memorandumu onlara xərcləri azaltmağa və müasir texnologiyaların bazara çıxarılmasını sürətləndirməyə imkan verəcək.

Bundan əlavə, şirkətlər sərnişin və yük avtomobillərinin, daxili yanma mühərriklərinin, eləcə də elektromobillər və hidrogen yanacağı ilə işləyən avtomobillərin texnologiyalarının birgə inkişafı və istehsalı imkanlarını müzakirə edəcəklər. Onlar, həmçinin akkumulyatorlar üçün birgə polad və xammal almağı planlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et