“Samsung” xaricdəki işçi qüvvəsinin 30%-ni ixtisar edəcək | Banco.az

“Samsung” xaricdəki işçi qüvvəsinin 30%-ni ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Elektronika istehsalında dünya liderlərindən biri olan Cənubi Koreyanın “Samsung Electronics” şirkəti xaricdəki bəzi bölmələrində işçilərinin 30%-ə qədərini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, “Samsung”un dünya üzrə törəmə şirkətlərinə 2024-cü ilin sonuna qədər satış və marketinq işçilərini təxminən 15%, inzibati işçilərini isə 30%-ə qədər ixtisar etmək tapşırılıb.

Şirkət bildirib ki, kadr düzəlişləri səmərəliliyin artırılmasına yönəlib və istehsal işçilərinə təsir etməyəcək. 

Qeyd olunub ki, ixtisarlar Şimali və Cənubi Amerika, Avropa, Asiya və Afrikadaki işçilərə təsir göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Hələlik neçə nəfərin ixtisar ediləcəyi və ən çox hansı ölkələrin və biznes bölmələrinin zərər görəcəyi məlum deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et