Azərbaycanda əlilliyə görə pensiya alanların sayı azalıb | Banco.az

Azərbaycanda əlilliyə görə pensiya alanların sayı azalıb

Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır. Ölkədə pensiyaçıların 64.4 faizi yaşa görə pensiya alır. Bu deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709 min 44 nəfərdir.

Banco.az xəbər verir ki, ölkədə 256 min 533 nəfər əlilliyə görə pensiya alır. Bir əvvəl bu göstərici 258 min 797 nəfər idi.Statistikaya görə, əlilliyə görə pensiya alanların sayında 2 min 264 nəfər azalma qeydə alınıb.
Azərbaycanda rəsmi statistikaya görə, ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12.3 faizini təşkil etməklə 135 min 423 nəfər olub. Bu rəqəmlərdə son bir ildə artım qeydə alınıb. Qeyd edək ki,  son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et